enerjinin sıxlığı

ру плотность энергии en energy density de Energiedichte fr densité d'énergie es densidad de energía it densità d'energia
enerjinin qiyməti, elektrik enerjisinin qiyməti
enerjiyə qənaət
OBASTAN VİKİ
Biosenozun sıxlığı
Biosenozun sıxlığı — müəyyən sahə vahidinə düşən müxtəlif növ canlılara məxsus fərdlərin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Böhran sıxlığı
Böhran sıxlıq kosmik sıxlığn elə minimal qiymətidir ki, bu sıxlıqdan böyük qiymətlərdə Kainatın genişlənməsi dayanır və o sıxılmağa başlayır. == Hesablanması == Nəzəri araşdırmalarla müəyyən olunmuşdur ki, böhran sıxlığının ρ b {\displaystyle \rho _{b}} qiyməti Habbl sabitinin kvadratı ilə mütənasibdir: ρ = 3 H 2 8 π G {\displaystyle \rho ={\frac {3H^{2}}{8\pi G}}} Burada G {\displaystyle G} — cazibə sabitidir. == Qiyməti == Sabitlərin qiymətlərini nəzərə almaqla hesabladıqda böhran sıxlığı ρ b = 4 , 5 ⋅ 10 − 29 q / s m 3 {\displaystyle \rho _{b}=4,5\cdot 10^{-29}q/sm^{3}} Böhran sıxlığının bu qiymətində hər 1 s m 3 {\displaystyle 1sm^{3}} həcmdəki nüvə zərrəciklərinin sayı 2 , 7 ⋅ 10 − 5 {\displaystyle 2,7\cdot 10^{-5}} qədərdir. Yəni vahid litr həcmə 0,0027 nüvə zərrəciyi 1000 litr həcmə isə 2–3 nüvə zərrəciyi düşür. Sıxlığın və ya nüvələrin sayının bu qiyməti fiziki vakuumun qiymətlərinə yaxındır.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Əhali sıxlığı
Əhalinin sıxlığı
Enerjinin maksimallaşdırılması qanunu
Enerjinin saxlanması qanunu
Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri). Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir. Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur. Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Kütlə və enerjinin ekvivalentliyi
Kütlə və enerjinin ekvivalentliyi — cismin kütləsi ilə enerjisi arasındakı əlaqəni yaradır. Düsturu: E = m c 2 , {\displaystyle \ E=mc^{2},} Bu düstur hansı formada olursa olsun, enerji ilə kütlə arasında əlaqəni yaradır. Bu düsturda boşluqdakı (vakumlanmış mühit) işıq sürətinin kvadratı, kütlə vahidlərindən enerji vahidlərinə çevrilmə əmsalı üçün istifadə edilir. Düsturun geniş izahı ilk dəfə 1905-ci ildə Albert Eynşteyn tərəfindən açıqlanmışdır. Formulun hərflərlə simvolizə olunan elementləri araşdırılırsa: E- Cismin enerjisi (coule) m- Cisimin kütləsi (kiloqram) c2- İşıq sürətinin kvadratının ədədi dəyəri (kiloqramla vurulduqda, metr / saniyə dəyərindən istifadə olunmalıdır). Oxu: Bir maddə 1 kqsa, enerjisi 89 875 517 873 681 764 C-dir. Bərabərliklə bərabərliyin iki tərəfindəki vahidlər bir-birini təmin etməlidir. c2 kütlənin sahib olduğu nüvə enerjisidir. Beynəlxalq vahid sisteminə görə; enerji vahidi coule (J), kütlə vahidi kiloqram (kq) və sürət vahidi saniyədə metrdir (ms 1). Vahidlər tənlikdə yazılıbsa: Coule = kiloqram [89 875 517 873 681 764 (metr saniyə - 1)] Elementar hissəcik The Equivalence of Mass and Energy – Entry in the Stanford Encyclopedia of Philosophy Living Reviews in Relativity Arxivləşdirilib 2016-12-27 at the Wayback Machine – An open access, peer-referred, solely online physics journal publishing invited reviews covering all areas of relativity research.